...

Azərbaycanın enerji operatoru SCADA sisteminin yaradılması çərçivəsində işləri davam etdirir

Energetika Materials 29 Oktyabr 2012 14:32 (UTC +04:00)
"Azərenerji" ASC yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulan "Cənub" elektrik stansiyasının rabitə və telemexanika avadanlıqlarının quraşdırılması, fiber-optik kabellərin çəkilməsi istiqamətində xeyli iş görüb.
Azərbaycanın enerji operatoru SCADA sisteminin yaradılması çərçivəsində işləri davam etdirir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir E. İsmayılov/

"Azərenerji" ASC yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulan "Cənub" elektrik stansiyasının rabitə və telemexanika avadanlıqlarının quraşdırılması, fiber-optik kabellərin çəkilməsi istiqamətində xeyli iş görüb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ASC-nin yaydığı məlumatda deyilir.

Stansiya və yarımstansiyaları əlaqələndirən fiber-optik kabel şəbəkəsi ilə yanaşı, regional elektrik şəbəkələri və paylayıcı elektrik şəbəkələrini əhatə edən korporativ şəbəkə də mövcuddur.

"Qarşıda duran əsas vəzifələrdən biri bütün respublika üzrə fiber-optik kabellərin çəkilməsinin başa çatdırılması və onun dairəvi formaya salınmasıdır", - məlumatda qeyd edilir.

Dairəvi formaya salınmanın əsas üstünlüyü ondan ibarətdir ki, hər hansı hissədə nasazlıq və ya zədələnmə halı baş verərsə, əks tərəfdən müdaxilə etməklə çatışmazlığı operativ şəkildə aradan qaldırmaq mümkün olur.

Bütün işlər elektrik enerji sistemində müasir dispetçer idarəetmə sisteminin (SCADA) yaradılması çərçivəsində aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti