...

Dövlət Neft Fondu 2013-cü ildə TANAP-ın maliyyələşdirilməsinə başlayacaq

Energetika Materials 6 Noyabr 2012 15:18 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2013-cü ildə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin maliyyələşdirilməsinə başlayacaq.
Dövlət Neft Fondu 2013-cü ildə TANAP-ın maliyyələşdirilməsinə başlayacaq

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2013-cü ildə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin maliyyələşdirilməsinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ARDNF-in icraçı direktoru Şahmar Mövsümov Milli Məclisin beş komitəsinin birgə iclasında 2013-cü il və növbəti üç il üçün dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələrdə deyib.

"Bundan başqa, 2013-cü ildə Fondun Bakının Qaradağ rayonunda neft-qaz və neft-kimya kompleksinin tikintisi layihəsinin maliyyələşdirilməsinə qoşulması nəzərdə tutulur" , - Mövsümov qeyd edib.

Onun sözlərinə görə, ARDNF-in xərclərinin 11,35 milyard həcmində olan əsas hissəsi transfert qismində ölkənin dövlət büdcəsinə ayrılacaq.

"Qaçqın və məcburi köçkünlərin sosial-məişət və onların yerləşdirilməsi üzrə tədbirlərin maliyyələşdirilməsinə 300 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin yekunlaşdırılmasına 107,4 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmiryol layihəsinin maliyyələşdirilməsinə 138 milyon manat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrasına 34 milyon manat ayrılacaq", - Mövsümov bildirib.

Onun sözlərinə görə, ARDNF-in 2013-cü ildə maliyyələşdirməyə başlayacağı yeni layihələrdən biri ölkənin bütün yaşayış məntəqələrinə çıxışı təmin edəcək yüksək sürətli fiber-optik şəbəkəsinin qurulması olacaq.

Mövsümovun sözlərinə görə, 2013-cü il üçün Fondun gəlirləri 1 barel neftin 100 dollar qiyməti əsasında formalaşdırılıb. Bu qiymət ölkənin növbəti il üçün dövlət büdcəsində də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti