Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir A.Bədəlova/
19-23 noyabr həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 113,02 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 2,02 dollar/barel çoxdur.
Trend-in məlumatına görə, 19-23 noyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 113,59, minimum isə 112,46 dollar/barel təşkil edib.
"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.
19-23 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 108,43 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,56 dollar/barel artıqdır.
19-23 noyabr həftəsində URALS-ın qiyməti maksimum 109,17, minimum isə 107,92 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
19-23 noyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 110,41 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,62 dollar/barel çoxdur.
Ötən həftə "Brent Dated"in maksimum qiyməti 111,22, minimum isə 109,94 dollar/barel təşkil edib.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.