...

Yaxın beş ildə ARDNŞ iri layihələr həyata keçirəcək

Energetika Materials 16 Yanvar 2013 11:25 (UTC +04:00)
Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin tikintisi son illərdə təkcə ARDNŞ üçün deyil, ümumilikdə bütün ölkə üçün ən böyük layihədir.
Yaxın beş ildə ARDNŞ iri layihələr həyata keçirəcək

Azərbaycan, Bakı, 16 yanvar / Trend, müxbir E.İsmayılov /

Azərbaycanda neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin tikintisi son illərdə təkcə ARDNŞ üçün deyil, ümumilikdə bütün ölkə üçün ən böyük layihədir.
Trend-in məlumatına görə, bu barədə dünən ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayev ABŞ-ın "Air Product" şirkətinin prezidenti və icraçı direktoru Con Makqleydlə görüşü zamanı bildirib.

ARDNŞ-nin yaydığı məlumatda deyildiyi kimi, habelə Abdullayev görüş zamanı Dövlət Neft Şirkətinin Türkiyədə reallaşdırdığı layihələr, Azərbaycanda tikilən yeni gəmiqayırma zavodu, Sumqayıtda azot gübrələrinin istehsalı zavodu, Türkiyədə yeni neft emalı zavodunun tikintisi, "Petkim" neft-kimya kompleksinin limanının genişləndirilməsi, orada tikiləcək elektrik stansiyası haqqında danışıb.

"Beləliklə, sonrakı beş ildə ARDNŞ və onun tərəfdaşları qarşısında böyük vəzifələr durur", - Abdullayev qeyd edib.

"Air Product" neft emalı və neft-kimya müəssisələri üçün sənaye və maye qaz istehsalı üzrə avadanlıqların buraxılması sahəsində 20 ildən artıq təcrübəyə malikdir. Şirkət 40-dan artıq müəssisəyə malikdir və onun illik dövriyyəsi 10 milyard dolları ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti