...

Azərbaycanın enerji operatoru yeni elektrik stansiyasının tikintisinə hazırlaşır

Energetika Materials 17 Yanvar 2013 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar / Trend, müxbir E.İsmayılov /

2013-cü ildə Bakıda Böyük Şor qəsəbəsində yeni modul elektrik stansiyasının tikintisinə başlanacaq. Bu barədə cümə axşamı Trend-ə "Azərenerji" ASC-dən (Azərbaycanda eıeltrik enerjisinin istehsalı və paylanması) xəbər verilib.

SC-dən deyildiyi kimi, hazırda yeni stansiyanın yaradılması çərçivəsində hazırlıq işləri aparılır və yaxın vaxtlarda onun tikintisinə başlanacaq.

"Böyük Şor qəsəbəsində yeni modul stansiyanın tikintisi 2013-cü ildə başlanmalı olan işlərin proqramına daxildir. Hazırkı mərhələdə hazırlıq işləri aparılır", - SC-dən qeyd ediblər.

Yeni 384 meqavatlıq elektrik stansiyanın tikintisini Finlandiyanın "Wärtsilä" şirkəti həyata keçirəcək. Stansiya qazla işləyəcək, əldə olunan elektrik enerjisi isə Bakı elektrik şəbəkəsinə satılacaq. Stansiya 21 blokdan ibarət olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti