Azərbaycan, Bakı, 21 yanvar /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel və xarici işlər və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədovu qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ölkəmizlə BP şirkəti arasında qurulmuş əməkdaşlıqdan, birgə həyata keçirilən layihələrdən söz açılıb, Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində, o cümlədən "Azəri-Çıraq-Günəşli" yataqlarında BP şirkətinin operatoru olduğu Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən görülməsi nəzərdə tutulan işlər barədə fikir mübadiləsi aparılıb.
Birrel təmsil etdiyi şirkətlə Azərbaycan arasındakı əməkdaşlıqdan məmnunluq ifadə edib və ölkəmizi BP-nin ən yaxın tərəfdaşlarından biri adlandırıb.