...

"Azərenerji": Azərbaycanın elektrik enerjisi şirkəti üçün iki kredit reytinqinin alınması kifayət edəcək

Energetika Materials 14 Fevral 2013 13:52 (UTC +04:00)
Azərbaycanın elektrik enerjisi şirkəti üçün iki beynəlxalq kredit reytinqinin olması kifayət edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Azərenerji" ASC-nin Strateji İnkişaf İdarəsinin rəhbəri Rafael Abbasov brifinqdə deyib.
"Azərenerji": Azərbaycanın elektrik enerjisi şirkəti üçün iki kredit reytinqinin alınması kifayət edəcək

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın elektrik enerjisi şirkəti üçün iki beynəlxalq kredit reytinqinin olması kifayət edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Azərenerji" ASC-nin Strateji İnkişaf İdarəsinin rəhbəri Rafael Abbasov brifinqdə deyib.

"Dünyanın bütün elektrik enerjisi şirkətlərinin təqribən 80 faizinin iki kredit reytinqi var, - Abbasov deyib. - Üç beynəlxalq reytinqin olması yaxşı göstəricidir, lakin mütləq deyil. Üstəlik, "Standard & Poor's " və "Moody's" tərəfindən reytinqlərin qiymətləndirilməsi meyarları oxşardır, lakin "Fitch" ilə fərq mövcuddur", - Abbasov qeyd edib.

Abbasov S&P-dən şirkətin 100 faizlik sahibi olan Azərbaycan hökumətinin reytinqinə bərabər olan reytinqin "Azərenerji"yə verilməsi məsələsini şərh edərkən deyib ki, bu, iki əsas meyar üzrə qiymətin göstəricisidir, bunlardan biri şirkətin hökumətə məxsusluğu və onun generasiya, elektrik enerjisinin verilməsi və paylanamsı sahəsində böyük işlər aparmasıdır.

Onun fikrincə, digər göstərici şirkətin keyfiyyət göstəricilərinə görə dünyanın 50 qabaqcıl elektrik enerjisi şirkətləri sırasına daxil olmasıdır.

"İkinci kredit reytinqinin alınması üçün şirkətdə korporativ idarəetmə praktikasını beynəlxalq səviyyəyə çatdırmaq, habelə ölkə daxilində və xaricdə iri tərəfdaşlarla əlaqələrin qurulması üçün onun beynəlxalq səviyyədə inteqrasiyası lazımdır", - Abbasov vurğulayıb.

Şirkətin qiymətli kağızlar bazarına çıxması məsələsinə toxunan Abbasov bildirib ki, bu məsələ uzunmüddətli perspektivdə nəzərdən keçirilir və konkret parametrlər barədə hər hansı qərar qəbul edildikdən sonra danışımaq olar. Onun sözlərinə görə, indiyədək şirkət istiqrazlar və qiymətli kağızların digər növlərinin buraxılması məsələsi üzrə hökumətə müraciət etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti