...

Sabah 6 rayonda qaz olmayacaq

Energetika Materials 19 Fevral 2013 18:37 (UTC +04:00)
Sabah bir sıra rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.
Sabah 6 rayonda qaz olmayacaq

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Sabah bir sıra rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq fevralın 20-də saat 08:00-dan "Ucar", "Lək", "Zərdab" və "Göyçay-2" qazpaylayıcı stansiyalarından, saat 10:00-dan 18:00-dək isə "Qəbələ", "Köçəsgər", "Xudat" və "Yalama" qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ucar, Zərdab, Göyçay, Qəbələ rayonlarına, Ağstafa rayonunun Köçəsgər, Köhnəqışlaq və Eynallı kəndlərinə, Xaçmaz rayonunun Xudat şəhəri istiqamətində yerləşən bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti