...

Azərbaycanda karbamid zavodunun dəyəri açıqlanıb

Energetika Materials 13 Mart 2013 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.İsmayılov/

Azərbyacanda karbamid istehsalı zavodunun inşası, vergilər istisna olmaqla, təxminən 500 milyon avroya başa gələcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Abdullayevin sözlərinə görə, tikinti işlərinin 33 ay ərzində yekunlaşacağı proqnozlaşdırılır. Zavodun istismara verilməsi və məhsul istehsalı 2015-ci ilin sonlarında gözlənilir.

O qeyd edib ki, Azərbaycanda karbamid zavodunun tikintisində baş podratçı seçilən "Samsung Engineering" şirkəti, həmçinin Gürcüstanda tikiləcək karbamid və ammonyak zavodunun texniki-iqtisadi əsaslandırılmasını (TİƏ) hazırlayacaq. Koreya şirkəti Gürcüstan layihəsinin maliyyə mənbələrinin axtarışı prosesini təmin edəcək. TİƏ çərçivəsində şirkət karbamid və ammonyak istehsalının dəqiq nisbətini müəyyən edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti