...

Ukrayna Qara dənizin şelfində qaz hasilatına başlayıb

Energetika Materials 20 Mart 2013 04:26 (UTC +04:00)
Rusiya ilə imzalanmış qaz müqaviləsinin pozulması üçün hüquqi əsas yoxdur. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Baş naziri Nikolay Azarov deyib.
Ukrayna Qara dənizin şelfində qaz hasilatına başlayıb

Azərbaycan, Bakı, 20 mart /Trend/

Rusiya ilə imzalanmış qaz müqaviləsinin pozulması üçün hüquqi əsas yoxdur. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Baş naziri Nikolay Azarov deyib.

"Əgər qaz müqaviləsinin pozulması üçün hər hansı hüquqi əsas olsaydı..., amma yoxdur", - Azarov bildirib.

Onun sözlərinə görə, Ukraynaya sərf etməsə də, Rusiya ilə danışıqlar davam etdirilir.

"Biz Rusiyadan alınan qazı tələblərə uyğun olaraq 27 milyard kubmetrə qədər azaltmışıq. Ona görə də bir çox istilik elektrik stansiyalarını kömürlə işlədirik. Həmçinin, çoxsaylı alternativ elektrik stansiyaları quraşdırmışıq, Qara dənizin şelfində qaz hasilatına başlamışıq və ənənəvi mənbələrdən qaz alışını artırmışıq", - Azarov əlavə edib.

Bununla yanaşı, iki iri şirkətə şist yataqlarının işlənilməsi təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti