...

ARDNŞ-nin Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayı 16-ya çatdı

Energetika Materials 30 Mart 2013 12:42 (UTC +04:00)
Bu gün ARDNŞ prezidenti Rövnəq Abdullayev Siyəzən rayonunda “SOCAR” brendi altında fəaliyyət göstərəcək 2 yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimində iştirak edib.
ARDNŞ-nin Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayı 16-ya çatdı

Azərbaycan, Bakı, 30 mart /Trend/

Bu gün ARDNŞ prezidenti Rövnəq Abdullayev Siyəzən rayonunda "SOCAR" brendi altında fəaliyyət göstərəcək 2 yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimində iştirak edib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Quba şosesinin 88-ci kilometrində, rayonun Zarat kəndi ərazisində yeni inşa edilmiş 15 və 16 saylı yanacaqdoldurma məntəqələrinin rəmzi qırmızı lentini kəsdikdən sonra "SOCAR-Petroleum" şirkətinin əməkdaşlarını bu münasibətlə təbrik edən ARDNŞ prezidenti Rövnəq Abdullayev məntəqədə yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, yolun sağ və sol tərəfində yerləşən yanacaqdoldurma məntəqələrinin istifadəyə verilməsi ilə ölkə ərazisində "SOCAR" brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 16-ya çatdırılıb. Qeyd olunub ki, yeni məntəqələrdə kafe, market, avtoservis, avtoyuma və digər xidmətlərdən istifadə etmək mümkün olacaq.

Qısa müddətdə ölkənin pərakəndə neft məhsulları bazarında görülmüş işlərdən razı qaldığını bildirən Abdullayev "SOCAR-Petroleum" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yanacaqdoldurma məntəqələrində əhaliyə bundan sonra da yüksək xidmət göstəriləcəyinə əminliyini vurğulayıb və bu fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti