...

Ukraynada "SOCAR" brendli YDM-lərin sayı 34-ə çatdı

Energetika Materials 2 Aprel 2013 17:02 (UTC +04:00)
Ukraynanın qərb regionunda “SOCAR” yanacaqdoldurma məntəqələrini (YDM) idarə edən “Qərbi Yanacaq Qrupu” MMC tərəfindən Lvovda sayca səkkizinci belə məntəqə istismara verilib.
Ukraynada "SOCAR" brendli YDM-lərin sayı 34-ə çatdı

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Ukraynanın qərb regionunda "SOCAR" yanacaqdoldurma məntəqələrini (YDM) idarə edən "Qərbi Yanacaq Qrupu" MMC tərəfindən Lvovda sayca səkkizinci belə məntəqə istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, şəhərin köhnə hissəsinin yaxınlığında yerləşməsi sürücülər arasında stansiyanın populyarlığını artırıb. "SOCAR" şəbəkəsindəki YDM-lər arasında ilk dəfə olaraq burada unikal yanacaqpaylama kolonkası (YPK) quraşdırılıb. O, eyni vaxtda dörd avtomobilə (hər tərəfdən iki avtomobil) yanacaq doldurulmasına imkan verir. Brendləşdirilmiş "Nanodiesel" yanacağı, A 95, A 92 benzinləri bu kolonka vasitəsilə reallaşdırılır.

Qeyd olunmalıdır ki, Ukraynada "SOCAR" brendi altında fəaliyyət göstərən bütün YDM-lər "beşulduzlu hotel" prinsipi ilə tikilir. Yəni burada yüksək keyfiyyətli yanacaq və xidmətlərin təklif olunması ilə yanaşı, müştərilərin istirahəti üçün əla şərait də yaradılıb. Məntəqələrdə "Butamarket" firma mağazası fəaliyyət göstərir. Müştərilər, həmçinin təkərlərin doldurulması, "wi-fi", mobil telefonların yüklənməsi və s. xidmətlərdən pulsuz istifadə edə bilərlər.

Hazırda "SOCAR" Ukraynanın Kiyev, Odessa, Lvov, Nikolayevsk və Rovensk vilayətlərində 34 YDM ilə təmsil olunur. 2013-cü ildə bu ölkədə fəaliyyət göstərən "SOCAR" YDM-lərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti