...

Türkmənistan enerji daşıyıcılarının gələcəkdə şaxələndirilməsi üzərində işləyir - nazir

Energetika Materials 8 Aprel 2013 15:23 (UTC +04:00)
Türkmənistan dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində ölkənin ticarət dövriyyəsi 1,9 dəfə artıb.
Türkmənistan enerji daşıyıcılarının gələcəkdə şaxələndirilməsi üzərində işləyir - nazir

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir S.Əliyev/

Türkmənistan dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində ölkənin ticarət dövriyyəsi 1,9 dəfə artıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkmənistanın iqtisadiyyat və inkişaf naziri Babamırat Taqanov Bakıda keçirilən Dünya İqtisadi Forumunun iclasında deyib.

Taqanov bildirib ki, hazırda Türkmənistanda investisiyaların cəlb edilməsi üçün hər cür şərait yaradılıb.

Onun sözlərinə görə, ölkə, həmçinin enerji daşıyıcılarının gələcəkdə şaxələndirilməsi üzərində işləyir, çünki enerji mövzusunun aktuallığı Türkmənistan üçün vacib məsələ olaraq qalır.

O deyib ki, son illərdə Türkmənistan karbohidrogenlərin Çin və İrana tədarükünün şaxələndirilməsi üzərində də işləyib.

"Bundan başqa, regionun inkişafı üçün vacib olan TAPİ qaz kəməri layihəsi üzərində iş gedir. Qazaxıstan-Tacikistan-İran dəmiryolunun tikintisi yüksək templə gedir. 2016-cı ildən Əfqanıstan və İrana yolun tikintisi gözlənilir", - nazir deyib.

Taqanov qeyd edib ki, hazırda ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olması məsələsi öyrənilir.

Onun sözlərinə görə, Aşqabad üçün ekoloji məsələlər, o cümlədən Xəzərdəki vəziyyət və Aralın xilas edilməsi çox vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti