...

bp: Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağından 2,2 milyard bareldən artıq neft hasil edilib

Energetika Materials 6 May 2013 13:20 (UTC +04:00)
bp şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən neft-qaz layihələrinə 40 milyard ABŞ dollarından artıq sərmayə yatırılıb.
bp: Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağından 2,2 milyard bareldən artıq neft hasil edilib

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir E.İsmayılov/

bp şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən neft-qaz layihələrinə 40 milyard ABŞ dollarından artıq sərmayə yatırılıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlmasında Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə BP-nin əməkdaşlığının uzadılması haqqında sazişin imzalanması zamanı "bp-Azərbaycan" şirkətinin prezidenti Qordon Birrell bildirib.

Onun sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" dəniz yatağı blokunun işlənməsi daxil olmaqla şirkət ölkədə bir sıra böyük enerji layihələrinin iştirakçısıdır.

Birrell bildirib ki, bu layihə çərçivəsində 2,2 milyard bareldən artıq neft hasil edilib.

Neftin ixracı ilə bağlı suala toxunan Birrell vurğulayıb ki, bu vaxta qədər Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə 1,7 milyard barel neft daşınıb, sonradan 2140 tankerə yüklənərək Ceyhan limanından yola salınıb.

Şirkət rəhbərinin sözlərinə görə, hazırda Azərbaycana məxsus "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium təxminən 25 milyard ABŞ dolları yatırılacaq layihənin ikinci mərhələsinin reallaşdırır. Bu, öz növbəsində Azərbaycanın Avropanın ən böyük qaz təchizatçılarından birinə çevrilməsi üçün şərait yaradacaq.

Birrellin sözlərinə görə, "Şahdəniz" layihəsinin birinci mərhələsi çərçivəsində gün ərzində 27 milyon kubmetr qaz və 55 min barel kondensat hasilatı olmaqla nəhəng göstəricilər əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti