...

Türkmənistan Avropaya qaz tədarükü üzrə layihənin həyata keçiriləcəyinə inanır

Energetika Materials 22 May 2013 19:41 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 22 may /Trend, müxbir H.Həsənov/

Türkmənistan qazının Avropaya tədarükü layihəsi olduqca realdır, yalnız layihənin həyata keçirilməsi üzərində sistematik iş tələb olunur. Trend-in məlumatına görə, bu barədə Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov Aşqabadda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Türkmənistan, Azərbaycan və Avropa İttifaqı üçtərəfli formatda Xəzər regionundan Avropaya qaz tədarükü üçün əsas prinsiplər haqqında sənədin hazırlanması üzrə ciddi iş aparırlar: "Avropaya tədarüküin etibarlılığı birbaşa olaraq tərəfdaşlığımızın sxemini necə qurmağımızdan asılıdır".

Brifinq Türkmənistanın təşəbbüs göstərdiyi enerji daşıyıcılarının etibarlı və sabit tranziti üzrə qətnamənin BMT tərəfindən qəbul edilməsinə həsr edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti