Azərbaycan, Bakı, 30 may /Trend/
"Günəşli" yatağındakı 11-ci özüldən 211 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 28 May adına NQÇİ-nin sifarişi ilə Fasilə Lay Dəstəsinə qazılmış quyu 3207-3193 metr intervaldan sutkalıq 60 ton neft, 12 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.