...

Azərbaycan neftinin qiymətləri: 27-31 may həftəsinin yekunları

Energetika Materials 3 İyun 2013 15:43 (UTC +04:00)
Ötən həftə - 27-31 may tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti təqribən 104,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,18 dollar azdır.
Azərbaycan neftinin qiymətləri: 27-31 may həftəsinin yekunları

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir A.Bədəlova/

Ötən həftə - 27-31 may tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti təqribən 104,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,18 dollar azdır.

Trend-in məlumatına görə, 27-31 may həftəsində AZERI LT-nin qiyməti maksimum 106,23, minimum isə 102,5 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

27-31 may həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 101,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən təqribən 0,35 dollar azdır.

27-31 may həftəsində URALS-ın qiyməti maksimum 103,9, minimum isə 99,39 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

27-31 may həftəsində "Brent Dated" növünün orta qiyməti 101,64 dollar/barel təşkil edib. Bu, əvvəlki həftənin göstəricisindən 0,67 dollar azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 103,11, minimum isə 100,41 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti