...

SOCAR-AQŞ XX Beynəlxalq neft və qaz sərgisində iştirak edib

Energetika Materials 10 İyun 2013 17:39 (UTC +04:00)
Bu ilin 4-7 iyun tarixlərində Bakıda regionun neft-qaz sektorunun ən böyük tədbiri olan beynəlxalq “Xəzər neft və qaz, neftayırma və neft kimyası“ sərgi və konfransı keçirilmişdir.
SOCAR-AQŞ XX Beynəlxalq neft və qaz sərgisində iştirak edib

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Bu ilin 4-7 iyun tarixlərində Bakıda regionun neft-qaz sektorunun ən böyük tədbiri olan beynəlxalq "Xəzər neft və qaz, neftayırma və neft kimyası" sərgi və konfransı keçirilmişdir.

Bu beynəlxalq tədbir eyni zamanda dünyanın neft-qaz sektorunun aparıcı mütəxəssisləri, əsas iştirakçıları ilə fəal görüşlər və danışıqlar aparmaq, gələcək əməkdaşlıq barədə qarşılıqlı faydalı təklifləri müzakirə etmək üçün olduqca əlverişli bir imkandır.

28 ölkədən 386 şirkətin iştirak etdiyi XX Beynəlxalq "Xəzər neft və qaz, neftayırma və neft kimyası" sərgisində iştirakçıların 30 faizini yerli iqtisadi qurumlar təşkil edirdi. İldən ilə, bu tədbirdə ölkəmizin yerli şirkətləri də daha geniş təmsil olunur.

Artıq 3-cü ildir ki, SOCAR-AQŞ də ölkənin neft-qaz sektorunda fəaliyyət göstərən bütün əsas iştirakçılar kimi vahid biznes meydançasına toplaşaraq qısa müddət ərzində qazma sahəsində əldə etdiyi uğur və nailiyyətləri tərəfdaşlarla bölüşür.

20 illik yubileyi qeyd olunan bu beynəlxalq sərgi daha bir yeniliyə imza ataraq potensial tərəfdaşları görüşdürmək və əlaqələndirmək baxımından ''Alıcı ilə Tanış Olun'' adlı xüsusi pavilyonla da diqqəti çəkdi. Belə ki, vaxt itkisinə yol vermədən hər bir iştirakçı operativ olaraq bu pavilyonda yer almış müvafiq müəssisə ilə konkret məsələlər ətrafında fikir mübadiləsı apara bilirdi.

SOCAR-AQŞ-nin ''Alıcı ilə Tanış Olun'' pavliyondakı guşəsi qonaqlar tərəfindən maraqla qarşılanmışdır. Belə ki, müəssisənin təklif etdiyi xidmətlər və əməliyyatlara dair texniki və iqtisadi göstəricilər xeyli sayda qonaqları cəlb etmişdir. Xüsusi ilə də, Xəzər dənizində horizontal və çoxşaxəli quyuların qazılması yönümündə ilk yerli müəssisə olaraq addım atan SOCAR-AQŞ-nin təşəbbüsü ziyarətçilərdə böyük təəssürat yaratdı.

Sərgi və konfrans çərçivəsində müəssisəmizlə əməkdaşlıq etmək istəyən şirkətlərə SOCAR-AQŞ-nin fəaliyyəti və uğurları haqqında ətraflı məlumat verilmiş, həmçinin qonaqlara müəssisənin xatirə hədiyyələri təqdim olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti