...

ARDNŞ və Rusiyanın "Transneft" şirkəti neftin nəqli ilə bağlı kommersiya danışıqlarına başlayıblar

Energetika Materials 8 İyul 2013 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Rusiyanın "Transneft" şirkəti hökumətlərarası sazişin fəaliyyətinin dayandırılmasından sonra neftin Rusiya ərazisi ilə daşınması haqqında kommersiya danışıqlarına başlayıblar. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiya şirkətinin rəsmi nümayəndəsi İqor Deminə istinadən məlumat verir.

Demin bildirib ki, üçillik fasilədən sonra danışıqlar uğurla gedir.

Onun sözlərinə görə, danışıqlar zamanı neftin (nəql edilən) keyfiyyəti ilə bağlı məsələ hələlik qaldırılmayıb, ancaq aydındır ki, nəqlin həcminin az olması ilə əlaqədar olaraq Azərbaycanın yüngül neftinin keyfiyyətinin saxlanılması haqqında danışmaq hələlik olmaz.

Demin hesab edir ki, eyni zamanda keyfiyyətin saxlanılması üçün neft hissələrlə nəql oluna bilər, lakin bu, nəql etmənin bahalaşmasına səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti