Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir E.İsmayılov/
"Səngəçal" elektrik stansiyası bu ilin yanvar-iyun aylarında 706,5 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edib.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, stansiya iyunda təqribən 104,8 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
300 meqavat gücündə "Səngəçal" elektrik stansiyası 18 aqreqatdan ibarətdir.