...

"Azəristiliktəchizat" istiliklə təchiz etdiyi binaların sayını xeyli artırıb

Energetika Materials 28 İyul 2013 15:10 (UTC +04:00)
"Azəristiliktəchizat" ASC tərəfindən istiliklə təchiz edilmiş yaşayış binalarının sayı 2012-2013-cü illər istilik mövsümündə 2819 ədəd təşkil edib.
"Azəristiliktəchizat" istiliklə təchiz etdiyi binaların sayını xeyli artırıb

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir E.İsmayılov/

"Azəristiliktəchizat" ASC tərəfindən istiliklə təchiz edilmiş yaşayış binalarının sayı 2012-2013-cü illər istilik mövsümündə 2819 ədəd təşkil edib. 2011-2012-ci illər istilik mövsümündə isə bu rəqəm 2561 olub. Trend-in məlumatına görə, bu barədə ASC-nin saytında yerləşdirilən ümumi cədvəldə deyilir.

Xüsusilə, 2012-2013-cü illər mövsümündə istiliklə təchiz edilmiş binaların ümumi sayından 2579 bina Bakının, 240 bina isə regionların payına düşür.

Qeyd edilən dövrdə qazanxanaların ümumi sayı 425 ədəd təşkil edib. 2011-2012-ci illərdə isə bu göstərici 362 ədəd olub.

ASC-nin istiliklə təchin etdiyi obyektlərin illər üzrə ümumi cədvəli:

Obyektlər

2004-2005-cü illər

2005-2006

2006-2007

2007-2008

2008-2009

2009-2010

2010-2011

2011-2012

2012-2013

1

Qazanxana

166

202

234

312

310

329

347

362

425

2

Bina

988

1519

1750

1933

2072

2184

2357

2561

2819

3

Məktəb

146

176

218

277

242

244

260

266

267

4

Uşaq bağçaları

84

111

124

123

141

153

163

158

146

5

Səhiyyə obyektləri

61

78

97

127

126

133

135

129

134

6

Digər obyektlər

91

112

131

203

225

265

306

310

350

Məqalədə:
Xəbər lenti

Xəbər lenti