...

Azərbaycan neftinin qiymətləri: 5-9 avqust həftəsinin yekunları

Energetika Materials 10 Avqust 2013 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir A.Bədəlova/

Ötən həftə, 5-9 avqust tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 111,33 dollar/barel təşkil edib.

Trend-in məlumatına görə, 5-9 avqust həftəsində AZERI LT-nin qiyməti maksimum 112,79, minimum isə 109,97 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

5-9 avqust həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 107,46 dollar/barel təşkil edib.

5-9 avqust həftəsində URALS-ın qiyməti maksimum 108,92 minimum isə 106,1 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

5-9 avqust həftəsində "Brent Dated" növünün orta qiyməti 108,68 dollar/barel təşkil edib.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 110,02, minimum isə 107,5 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti