...

"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Energetika Materials 10 Sentyabr 2013 19:34 (UTC +04:00)
"Neft Daşları" yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2595 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

"Neft Daşları" yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2595 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılmış quyu 2201-2193 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti