...

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 13 Sentyabr 2013 11:09 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.İsmayllov/

Təmir işləri ilə əlaqədar 13 sentyabr 2013-cü il tarixdə saat 09:00-dan 21:00-dək "Sabirabad", "Saatlı", "İmişli" QPS-lərdən və "İmişli Şəkər Zavodu" ölçü qovşağında, 09:00-dan 18:00-dək "Horadiz" QTM-dən və "Sulutəpə" ölçü qovşağında, saat 10:00-dan 17:00-dək "Buzovna 1-97" QPM-dən Buzovna qəsəbəsinə geden qaz kəmərlərində, saat 10:00-dan "Yeni Suraxanı" qaz kəmərində, saat 10:00-dan 13:00-dən "Mərdəkan bağları" və "Türkan Bağları" ölçü qovşaqlarında qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İB-dən Trend-ə daxil olan məlumatda bildirilir ki, təmir işləri aparılan müddətdə İmişli, Sabirabad, Saatlı rayonlarına, Horadiz şəhəri daxil olmaqla Füzuli rayonunun Qazaxlar, Mirzənağılı, Şükürbəyli, Kərimbəyli, Yağlıvənd, Böyük Bəhmənli, Babı, Arayatlı kəndlərinə, Sabunçu rayonunun Buzovna qəsəbəsi və Dənizkənarı küçəsinə, Suraxanı rayonunun 14 iyul, V.Xəlilov, M.Əzizbəyov, Dağüstü, Göl küçələrinə və Aşağı qəsəbə adlanan əraziyə, eləcə də Abşeron rayonunun Hökməli, Qobu, Atyalı, Daşgüzdək, Aşağı Güzdək kəndlərinə, Sulutəpə qəsəbəsi və Xırdalan Quşçuluq massivinə, eləcə də Xəzər rayonunun Mərdəkan, Türkan və Şüvəlanın Hacımövlan bağlarına təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti