Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir A.Bədəlova/
Sentyabrın 19-da Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın alışı üzrə müqavilələr neft-qaz sənayesində ən iri sazişlərdən biridir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "BP Azerbaijan"ın rəhbəri Qordon Birrel imzalanma mərasimində deyib.
O bildirib: "Şahdəniz" konsorsiumu olaraq biz bu sövdələşmədə iştirak etdiyimizə görə fəxr edirik".
Şirkət rəhbəri deyib ki, Azərbaycan Avropa üçün etibarlı qaz tədarükçüsü olacaq: "Şahdəniz" öz yolunu davam etdirəcək. İlk addım gələcək imkanlarla müşayiət olunacaq. Mən qazın yeni şaxələndirilmiş mənbələrinin əldə edilməsi münasibətilə Avropanı təbrik etmək istərdim".