...

ARDNŞ Gürcüstanda karbamid zavodunun tikintisinin dəyərini açıqladı

Energetika Materials 14 Oktyabr 2013 17:45 (UTC +04:00)
ARDNŞ-nin Gürcüstanda karbamid istehsalı zavodunun tikintisi layihəsi təqribən 1 milyard dollara başa gələ bilər.
ARDNŞ Gürcüstanda karbamid zavodunun tikintisinin dəyərini açıqladı

Gürcüstan, Tbilisi, 14 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

ARDNŞ-nin Gürcüstanda karbamid istehsalı zavodunun tikintisi layihəsi təqribən 1 milyard dollara başa gələ bilər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Gürcüstanda səfərdə olan ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, zavodun tikintisinə 2014-cü ildə başlanılacaq və bu, Azərbaycanın Gürcüstanda ən iri investisiya layihəsi olacaq: "Azərbaycanda artıq iri karbamid zavodunun tikintisi layihəsi çərçivəsində işlər aparılır".

R.Abdullayev deyib: "Biz oxşar layihəni Kulevidə həyata keçirmək istəyirik. Artıq layihə işləri aparılır".

ARDNŞ prezidenti vurğulayıb ki, artıq gələn il başlanılacaq tikinti işlərinə 3500-4000 işçi cəlb ediləcək: "Zavodda 700-800 nəfər daimi işlə təmin ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti