...

2015-ci ilə Azərbaycanda ilk hibrid stansiyadan enerji verilişi üçün mərkəzləşdirilmiş paylayıcı şəbəkə yaradılacaq

Energetika Materials 23 Oktyabr 2013 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir E. İsmayılov/

"Azalternativenerji" MMC 2014-cü ilin sonu-2015-ci ilin əvvəlində Qobustan rayonunda yerləşən hibrid elektrik stasniyasında istehsal edilən elektrik enerjisinin verilişi üçün mərkəzləşdirilmiş paylayıcı şəbəkənin tikintisini başa çatdıracaq.

Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib.

Onun sözlərinə görə, bu rayonda yeni "Smart-sistem"in yaradılması üzrə artıq işlər aparılır, həmçinin hazırda bütün səylər paylayıcı şəbəkənin özünün yaradılmasına yönəlib: "Hazırda hibrid elektrik stansiyasında istehsal edilən elektrik enerjisi mərkəzi paylayıcı şəbəkəyə ötürülür".

A. Bədəlov qeyd edib ki, elektrik stansiyası işə başladığı gündən ilk 1 milyon kilovat/saat elektrik enerjisini istehsal edərək mərkəzi paylayıcı şəbəkəyə ötürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti