...

Azərbaycanda alternativ enerjinin inkişafına yatırılan investisiyaların məbləği 380 milyon dolları ötüb

Energetika Materials 1 Noyabr 2013 15:05 (UTC +04:00)
Azərbaycanda bu günədək alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına 300 milyon manat məbləğində investisiya yatırılıb.
Azərbaycanda alternativ enerjinin inkişafına yatırılan investisiyaların məbləği 380 milyon dolları ötüb

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda bu günədək alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına 300 milyon manat məbləğində investisiya yatırılıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib:

"Qoyulan investisiyaların ümumi həcmindən 70 milyon manatı dövlət, qalanı isə özəl investisiyaların payına düşür".

Onun sözlərinə görə, yaxın vaxtlarda 2020-ci ilədək alternativ və bərpa olunan enerji mənbələri üzrə strategiya Prezident Administrasiyasına təqdim ediləcək:

"Strategiyanın müvafiq dövlət strukturları ilə razılaşdırılması prosesi başa çatıb və yaxın vaxtlarda baxılması üçün administrasiyaya təqdim ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti