...

Ceyhan limanından 2,4 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

Energetika Materials 7 Noyabr 2013 22:37 (UTC +04:00)
2013-cü ilin oktyabr ayı ərzində 2 414 780 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
Ceyhan limanından 2,4 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

2013-cü ilin oktyabr ayı ərzində 2 414 780 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu həcmin 1 639 991 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 24 357 746 ton olub.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara verilən gündən 2013-ci il noyabr ayının 1-nə qədər Ceyhan limanından 228 024 400 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti