...

ОPEK Azərbaycanda neft hasilatı həcmlərinin stabilləşəcəyini proqnozlaşdırır

Energetika Materials 11 Noyabr 2013 09:29 (UTC +04:00)
OPEK-in proqnozlarına görə, Azərbaycanda neft və qaz-kondensat hasilatı 2015-ci ildən 2018-ci ilədək sutkada bir milyon barel həcmində olmaqla sabit səviyyədə qalacaq. Trend-in məlumatına görə, bu barədə OPEK-in saytında dərc olunan illik neft hasilatı icmalında deyilir.
ОPEK Azərbaycanda neft hasilatı həcmlərinin stabilləşəcəyini proqnozlaşdırır

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.İsmayılov/

OPEK-in proqnozlarına görə, Azərbaycanda neft və qaz-kondensat hasilatı 2015-ci ildən 2018-ci ilədək sutkada bir milyon barel həcmində olmaqla sabit səviyyədə qalacaq. Trend-in məlumatına görə, bu barədə OPEK-in saytında dərc olunan illik neft hasilatı icmalında deyilir.

Hesabatda qeyd olunur ki, Azərbaycanda iri karbohidrogen hövzəsi Xəzərdə offşor zonada yerləşir:

"2010-cu ildə maye karbohidrogen hasilatının sutkalıq 1,07 milyon barel həcminə çatan Azərbaycan istehsalın azalmasına şahidlik edib. Belə ki, OPEK-in hesabatına görə, 2011-ci ildə bu göstərici sutkada 0,95 milyon barel, 2012-ci ildə isə 0,9 milyon barel olub".

2013-cü ildə OPEK ölkədə neft və qaz-kondensat hasilatının sutkada 0,85 milyon barelə yaxın, 2014-cü ildə isə 0,9 milyon barel səviyyəsində olacağını proqnozlaşdırır.

2013-cü ildə neft və qaz-kondensat hasilatı həcminin azalacağı ehtimalına baxmayaraq, OPEK 2015-ci ildən 2018-ci ilədək maye karbohidrogen hasilatının sutkada bir milyon barelə qədər artacağını proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti