...

Akademik: Xəzər regionunun mühümlüyünü və əhəmiyyətini dəyərləndirməmək mümkün deyil

Energetika Materials 11 Noyabr 2013 11:12 (UTC +04:00)
Xəzər regionu özünün strateji əhəmiyyətinə görə Atlantik, yaxud İran körfəzi regionu ilə müqayisə oluna bilər.
Akademik: Xəzər regionunun mühümlüyünü və əhəmiyyətini dəyərləndirməmək mümkün deyil

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir E.Əliyev/

Xəzər regionu özünün strateji əhəmiyyətinə görə Atlantik, yaxud İran körfəzi regionu ilə müqayisə oluna bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda Rusiya Təbii Elmlər Akademiyasının (RTEA) akademiki, Rusiyanın Qubkin adına Neft və Qaz Universitetinin prorektoru, "Xəzər neft və qaz həftəsi" konfransının prezidenti Anatoli Zolotuxin bildirib.

Onun sözlərinə görə, burada qəbul olunan qərarlardan hadisələrin və hətta digər regionların taleyi asılıdır: "Buna görə də Xəzər dənizi regionunun mühümlüyünü və əhəmiyyətini dəyərləndirməmək mümkün deyil".

Bazar ertəsi Bakıda "Xəzər neft və qaz həftəsi" beynəlxalq konfransı öz işinə başlayıb. Üçgünlük tədbir çərçivəsində Azərbaycanın dünya və Avropa enerji bazarlarında roluna, tranzit dövlətlərin enerji təhlükəsizliyinin təminatında əhəmiyyətinə və digər mövzulara həsr olunmuş təqdimatların keçirilməsi planlaşdırılıb.

Konfransın gedişində neft və qaz hasilatında innovasiya texnologiyalarının tətbiqi məsələləri, enerji resurslarının ixracatçısı olan ölkələr qarşısında duran yeni çağırış və vəzifələr, sahə ilə bağlı olan digər aspektlər üzrə fikir mübadiləsi aparılacaq.

Noyabrın 13-dək davam edəcək tədbirdə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərinin nümayəndələri, eləcə də alimlər, iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti