...

Azərbaycan xaricdə alternativ enerji mənbələrinin inkişafı üzrə layihələrdə iştirak edə bilər

Energetika Materials 20 Noyabr 2013 13:06 (UTC +04:00)
Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələrinin və müvafiq strukturların imkanları sahəsində nail olduğu uğurlar ölkəyə xaricdə bu sahə üzrə pilot layihələrdə iştirak imkanı verir.
Azərbaycan xaricdə alternativ enerji mənbələrinin inkişafı üzrə layihələrdə iştirak edə bilər

Azərbaycan, Bakı, 20 noyabr / Trend, müxbir E.İsmayılov /

Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələrinin və müvafiq strukturların imkanları sahəsində nail olduğu uğurlar ölkəyə xaricdə bu sahə üzrə pilot layihələrdə iştirak imkanı verir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) alternativ enerji mənbələri üzrə ekspert qrupunun ikinci iclası çərçivəsində deyib.

Onun sözlərinə görə, son illər ərzində ölkə alternativ enerjinin inkişafı çərçivəsində böyük uğurlara nail olub və bu sahədəki imkanlar xaricdə bu sahə üzrə müvafiq layihələrdə iştiraka imkan verir.

Hazırda alternativ enerji mənbələrinin payı ölkədə kiçik su elektrik stansiyaları nəzərə alınmaqla istehsal olunan enerji istehsalının ümumi həcmində iki faiz təşkil edir.

A.Bədəlovun sözlərinə görə, amma bu istiqamətin inkişafında əsas məqsəd rəqəmlər deyil, ölkə əhalisinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti