Türkiyə, İstanbul, 5 dekabr / Trend, xüsusi müxbir A.Axundov /
Təbii sərvətlərlə zəngin Xəzər regionu investisiyalar üçün çox cəlbedici ölkədir.
Bu barədə çərşənbə günü Türkiyənin gömrük və ticarət naziri Həyatı Yazıcı İstanbulda Xəzər forumunun açılışında bildirib.
Onun sözlərinə görə, ölkələr iqtisadi əlaqələri gücləndirməkdə və qarşılıqlı ticarəti artırmaqda davam edirlər, bu öz növbəsində sülhün qorunmasını, sabitlik və regionun rifahının artmasını təmin edir.
HASEN - Xəzər Strateji İnstitutunun (institut forumun təşkilatçısı kimi çıxış edir) baş katibi Haldun Yavaşın sözlərinə görə, belə forumun keçirilməsi aktualdır, çünki Xəzər regionunun rolu dünyada artır.
Forumun açılışında çıxış edən Dövlət neft fondunun icraçı direktoru Şahmar Mövsümov Azərbaycanın həyata keçirilən neft strategiyası, fondun məqsədi və fəaliyyəti barədə danışıb.
Onun sözlərinə görə, bir neçə il əvvəl fond yaradılanda, onun idarəsi altında 270 milyon ABŞ dolları var idi, indi isə bu fond artıq 35 milyard dolları idarə edir.
HASEN Xəzər strateji institutu tərəfindən təşkil olunmuş üçüncü Xəzər forumu dünyanın 30-35 ölkəsindən yüksək vəzifəli rəsmi şəxsləri, şirkət nümayəndələrini və aparıcı ekspertləri toplayıb.
Forumda Xəzər regionun energetika, nəqliyyat və maliyyə sahələrində layihələri müzakirə olunacaq, gələcək əməkdaşlıq imkanları araşdırılacaq.