...

Azərbaycandan Avropaya elektrik enerjisi ixracının başlanma tarixi açıqlanıb

Energetika Materials 13 Dekabr 2013 19:00 (UTC +04:00)
Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü çərçivəsində elektrik enerjisinin ixracatına 2014-cü ildə başlanılması planlaşdırılır.
Azərbaycandan Avropaya elektrik enerjisi ixracının başlanma tarixi açıqlanıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü çərçivəsində elektrik enerjisinin ixracatına 2014-cü ildə başlanılması planlaşdırılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində Azərbaycan ərazisində işlər artıq başa çatıb. Bundan başqa, enerjiötürücü infrastrukturun Gürcüstan hissəsinin açılış mərasimi keçirilib.

E.Pirverdiyev qeyd edib ki, Türkiyə ərazisində işlərin bir hissəsi qalıb: "Həmin işlərin yaxın aylar ərzində başa çatdırılması planlaşdırılır".

Elektrik enerjisinin kommersiya baxımından tədarükü üzrə danışıqlar məsələsinə toxunan ASC sədri deyib ki, danışıqlar aparılır və Türkiyədə işlər tamamlandıqdan sonra danışıqlar da yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti