...

"8 Mart" yatağında yeni quyu istismara verilib

Energetika Materials 28 Dekabr 2013 14:11 (UTC +04:00)
“8 Mart” yatağındakı 730 nömrəli dərin dəniz özülündən 732 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.
"8 Mart" yatağında yeni quyu istismara verilib

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

"8 Mart" yatağındakı 730 nömrəli dərin dəniz özülündən 732 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.

Trend ARDNŞ-nin saytına istinadən xəbər verir ki, "Sahil" Dəniz Qazma İşləri İdarəsi tərəfindən Məhsuldar Qatın VIII horizontuna qazılmış quyu 5765-5718 metr intervaldan sutkalıq 14 ton kondensat və 175000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Qeyd edək ki, quyu N.Nərimanov adına NQÇİ-nin sifarişi ilə qazılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti