Azərbaycan, Bakı, 29 dekabr /Trend/
Bakının bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 29 dekabr 2013-cü il tarixində saat 10:00-dan 13:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 11:00-dan 18:00-dək isə Sabunçu rayonunun Balaxanı qəsəbəsinə və Zabrat qəsəbəsinin bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.