...

ARDNŞ ötən il 143 min metrə yaxın qazma işi həyata keçirib

Energetika Materials 8 Yanvar 2014 18:28 (UTC +04:00)
2013-cü ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 4217 metr qazma işi həyata keçirib.
ARDNŞ ötən il 143 min metrə yaxın qazma işi həyata keçirib

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

2013-cü ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 4217 metr qazma işi həyata keçirib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 4190 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-dekabr aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 142 656 metr qazma işi görülüb ki, bunun da 135 665 metri istismara, 6991 metri kəşfiyyata aid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti