Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir E.İsmayılov/
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Azərbaycanın Xəzər sektorundakı "Şahdəniz" yatağının işlənməsinin I mərhələsinin genişləndirilməsi layihəsi çərçivəsində Rusiyanın "Lukoil" şirkətinin maliyyə öhdəliklərini təmin etmək məqsədilə şirkətə 200 milyon dollar həcmində kreditin verilməsini bəyənib. Bu barədə Trend günü bankın saytına istinadən məlumat verir.
Məlumata görə, "Lukoil"un "Şahdəniz"in işlənməsinin I mərhələsinin genişləndirilməsi üzrə 2,128 milyard dollar həcmində işlərdəki payı 212,8 milyon dollardır.
Qeyd edək ki, "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.