...

BP: "Şahdəniz" yatağı böyük potensiala malikdir

Energetika Materials 28 Yanvar 2014 11:24 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağı işlənməsinin üçüncü və sonrakı mərhələlərinin reallaşdırılması üçün potensiala malikdir.
BP: "Şahdəniz" yatağı böyük potensiala malikdir

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağı işlənməsinin üçüncü və sonrakı mərhələlərinin reallaşdırılması üçün potensiala malikdir. Trend-in məlumatına görə, bu barədə Xəzər Araşdırmalar Mərkəzinə müsahibəsində BP-nin Avrasiyada hasilat və kəşfiyyat üzrə direktoru Qreq Rayli bildirib.

Onun sözlərinə görə, bunu deməyə daha dərin laylarda (məhsuldar laylardan aşağıda) yerləşən və daha yüksək təzyiqə malik olması ilə fərqlənən rezervuarlar imkan verir. Öz növbəsində, bu, o deməkdir ki, daha müasir texnologiyalar tətbiq etməklə sonrakı mərhələlərin həyata keçirilməsi ilə gələcəkdə yatağın genişmiqyaslı inkişafı mümkün olacaq.

Raylinin sözlərinə görə, BP ARDNŞ-lə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və digər tərəfdaşlarla birlikdə yatağın işlənməsinin sonrakı mərhələləri ilə bağlı planların müəyyən edilməsi üçün yatağın imkanlarının gələcək qiymətləndirilməsini davam etdirəcək.

Hazırda "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi çərçivəsində işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti