...

BP: AÇG-nin qaz ehtiyatları Azərbaycanın tədarükçü kimi rolunun genişlənməsi planlarının dəstəklənməsinə xidmət edəcək

Energetika Materials 28 Yanvar 2014 12:13 (UTC +04:00)
BP şirkəti və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraqlı-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda dərin qaz laylarının işlənməsi üzrə saziş üzərində çalışırlar.
BP: AÇG-nin qaz ehtiyatları Azərbaycanın tədarükçü kimi rolunun genişlənməsi planlarının dəstəklənməsinə xidmət edəcək

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.İsmayılov/

BP şirkəti və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraqlı-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda dərin qaz laylarının işlənməsi üzrə saziş üzərində çalışırlar. Trend-in məlumatına görə, bu barədə Xəzər Araşdırmalar Mərkəzinə müsahibəsinə BP-nin Avrasiyada hasilat və kəşfiyyat üzrə direktoru Qreq Rayli bildirib.

O deyib: "Bu sahədə bizim biliklərimiz Azərbaycanın öz yeni təchizatçı rolunun genişləndirilməsi üzrə planlarına dəstək olaraq işlənə biləcək AÇG-nin daha dərin laylarında böyük qaz ehtiyatlarının mövcudluğunu təsdiq etdi".

Onun sözlərinə görə, hazırda blokdan səmt qazı hasil olunur və onun bir hissəsi təzyiqin saxlanması üçün yenidən laylara vurulur, qalan hissəsi isə ölkənin qazpaylayıcı sisteminə daxil edilir.

Rayli qeyd edib ki, blokun işlənməsinin düzgün seçilmiş proqramı və düzgün texnologiyaların tətbiqi bir neçə illər ərzində Azərbaycana və onun tərəfdaşlarına, eləcə də dünya səviyyəsində resurs bazası kimi ümumilikdə regiona fayda gətirə bilər.

AÇG iri dəniz yatağının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti