...

"Qazprom" Ukraynaya qaz tədarükü üzrə güzəştləri ləğv edir

Energetika Materials 4 Mart 2014 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 mart /Trend/

"Qazprom" şirkəti 2014-cü ilin aprelindən etibarən Ukraynaya qaz tədarükü üzrə güzəştləri ləğv edəcək. Trend-in çərşənbə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu şirkətin rəhbəri Aleksey Miller Rusiyanın Baş naziri Dmitri Medvedevlə görüşdə deyib.

A.Miller qərarı onunla əsaslandırıb ki, Ukrayna endirim edilməsi haqqında müqaviləyə əlavənin imzalanması zamanı əldə edilən razılaşmanı yerinə yetirmir: "Ukraynanın Rusiya qazına görə vaxtı keçmiş borcu 1,549 milyard dollardır.

D.Medvedev alınan qərarın indiki şəraitdə tam qanunauyğun olduğunu bildirib.

Qeyd edək ki, "Naftoqaz Ukrayna" 2013-cü ildə Rusiyadan təqribən 13 milyard kubmetr qazı orta hesabla hər min kubmetrə görə 400 dollar qiymətinə alıb.

Ötən ilin dekabrında isə Rusiya Ukraynaya güzəştə getməklə 2014-cü il üçün qiyməti 268,5 dollar səviyyəsində müəyyənləşdirib. Həmin vaxt tərəflər razılığa gəlmişdilər ki, Ukrayna 2013-cü il üçün olan 2,634 milyar dolllar borcunu yanvarın 25-də ödəyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti