...

Azərbaycan-Gürcüstan-Türkiyə enerji mübadiləsi sistemi yaradılır

Energetika Materials 5 Mart 2014 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir A.Axundov/

3 ölkə arasında elektrik enerjisi tədarüklərini nəzərdə tutan Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi bu il işə salınacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib.

Onun sözlərinə görə, Mingəçevirdən Gürcüstan sərhədinədək və Gürcüstanda elektrik ötürücü xətlər artıq tam hazırlıq vəziyyətinə gətirilib: "Gürcüstan-Türkiyə sərhədində işlər aparılır. Fikrimcə, yaxın vaxtlarda bu xətt işə salınacaq".

Azərbaycanda elektrik enerjisinin qiymətinin artması məsələsinə gəlincə, E.Pirverdiyev qeyd edib ki, "Azərenerji" tərəfindən Tarif Şurasına müraciət daxil olmayıb.

Enerji körpüsü layihəsi Türkiyəyə 1 200 meqavat elektrik enerjisinin tədarükünü nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti