...

ARDNŞ: "Şahdəniz-2" çərçivəsində 15 minə yaxın iş yeri yaradılacaq

Energetika Materials 18 Mart 2014 11:38 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft-qaz sektorunun mühüm tərkib hissəsi olan müasir qaynaq texnologiyalarına yiyələnməklə bağlı fəal işlər aparır.
ARDNŞ: "Şahdəniz-2" çərçivəsində 15 minə yaxın iş yeri yaradılacaq

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neft-qaz sektorunun mühüm tərkib hissəsi olan müasir qaynaq texnologiyalarına yiyələnməklə bağlı fəal işlər aparır. Trend-in məlumatına görə, bu barədə çərşəndə axşamı ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov "Yeni texnologiyalar və sənayedə qaynaq materialları istehsalı" adlı seminarda deyib.

Onun sözlərinə görə, hazırda ARDNŞ-nin struktur yarımbölmələrində qaynaq işləri sahəsində iki mindən artıq mütəxəssis çalışır.

Məmmədov deyib ki, bu istiqamətin inkişafı ölkədə iri layihələrin reallaşdırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir. O cümlədən, "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin reallaşması çərçivəsində 15 minə yaxın iş yeri yaradılacaq ki, bundan təkcə 4-5 mini qaynaqçı mütəxəssislərin payına düşəcək.

Habelə, onun sözlərinə görə, mütəxəssislər yeni neft-qaz emalı və neft-kimya məhsulları istehsalı kompleksinin tikintisi layihəsinin həyata keçirilməsində də mühüm rol oynayırlar.

"Şahdəniz-2" layihəsi çərçivəsində ildə əlavə olaraq 16 milyard kubmetr qaz hasil etmək üçün iki dəniz platforması quraşdırılacaq və 20-dən artıq sualtı quyu qazılacaq. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı ildə 24 milyard kubmetri ötəcək.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti