Azərbaycan, Bakı, 2 may /Trend/
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 12:00-dək Qəbələ rayonuna, saat 13:00-dan 15:00-dək Oğuz rayonunun bir hissəsinə, həmçinin qaz kəmərində təmir işlərinin aparılması ilə əlaqədar saat 18:00-dək Qaradağ rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.