Azərbaycan, Bakı, 12 may /Trend/
Azot gübrəsi-karbamid zavodunun inşası ilə əlaqədar tenderin müddəti uzadılıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Sumqayıt şəhərində azot gübrəsi-karbamid zavodunun inşası ilə əlaqədar llayihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin satın alınması məqsədilə "Dövlət satınalmaları haqqında" qanunun tələblərinə uyğun olaraq keçirilən açıq tenderin müddəti Tender Komissiyasının qərarı ilə 30 may 2014-cü ilədək uzadılıb.
Tender müddətinin uzadılmasına səbəb əksər potensial iddiaçı şirkətlər tərəfindən daha rəqabətcil təkliflər təqdim edilməsi üçün əlavə zamana ehtiyac olması ilə əlaqədar rəsmi müraciətlər olub.