Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.İsmayılov/
Rusiyanın "Lukoil" şirkəti Xəzərdə hasil etdiyi 30 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə sınaq tədarükünü həyata keçirib. Trend-in məlumatına görə, bu barədə "Praym" informasiya agentliyi şirkətin rəhbəri Vahid Ələkbərova istibanən xəbər yayıb.
Onun sözlərinə görə, şirkət hazırda tədarük həcmlərini artırmağı planlaşdırmır.
Qeyd edək ki, "Lukoil" Xəzərdə 2010-cu ildə neft hasilatına başlanılan Yuri Korçaqin adına yatağının işlənməsi ilə məşğul olur. Yataqda hasilat ildə 1,5 milyon ton neftə çatır.