...

Neft-qaz emalı və neft-kimya kompleksinin inşa ediləcəyi ərazidə mövcud infrastrukturun köçürülməsi işlərinə start verilib

Energetika Materials 5 İyun 2014 19:54 (UTC +04:00)
Bakı şəhərinin Qaradağ və Abşeron rayonları ərazilərində ARDNŞ-nin yeni Neft-qaz emalı və neft-kimya kompleksinin (NQNK) inşası məqsədilə ayrılmış müvafiq ərazidən keçən infrastruktur xətlərinin köçürülməsi məqsədilə aidiyyəti qurumlarla aparılan danışıqlar başa çatıb, layihələndirmə işləri görülüb və bu ilin əvvəlindən həmin xətlərin köçürülməsinə başlanıb.
Neft-qaz emalı və neft-kimya kompleksinin inşa ediləcəyi ərazidə mövcud infrastrukturun köçürülməsi işlərinə start verilib

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Bakı şəhərinin Qaradağ və Abşeron rayonları ərazilərində ARDNŞ-nin yeni Neft-qaz emalı və neft-kimya kompleksinin (NQNK) inşası məqsədilə ayrılmış müvafiq ərazidən keçən infrastruktur xətlərinin köçürülməsi məqsədilə aidiyyəti qurumlarla aparılan danışıqlar başa çatıb, layihələndirmə işləri görülüb və bu ilin əvvəlindən həmin xətlərin köçürülməsinə başlanıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, NQNK-nın inşa ediləcəyi ərazidən keçən "Azəriqaz" İstehsalat Birliyinə məxsus qaz xəttinin köçürülməsi işləri artıq may ayında sona çatdırılıb. Görülən işlər çərçivəsində NQNK-nın tikinti sahəsinə düşən Qaradağ Qaz İstismar Sahəsinə məxsus 1 ədəd 150 mm-lik orta təzyiqli qaz kəmərinin köçürülməsi məqsədilə yeni qaz kəməri çəkilib. Uzunluğu 4316 metr olan qaz kəmərinin üzərində, yol keçidlərində, 90 dərəcəlik əymələrdə və bütün magistral yolu boyunca hər 500 metrdən bir xəbərdaredici nişanlar quraşdırılıb.

Gələcəkdə ərazidə aparılacaq tikinti işlərini nəzərə alaraq qaz kəməri 1,5 metr dərinlikdə çəkilib. Qaz kəməri quraşdırıldıqdan sonra onun təmizliyi, ötürmə qabiliyyəti, möhkəmliyi və kipliyi qüvvədə olan normativ qaydalara uyğun yoxlanılıb.

Hazırda ərazidən keçən digər xətlərin köçürülməsi ilə bağlı aidiyyati təşkilatlarla işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti