Azərbaycan, Bakı, 7 iyul /Trend/
Yardımlı rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yeni avtomobil körpüsünün tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar işlər başa çatanadək Yardımlı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.