...

"Günəşli" yatağında daha bir quyuda qazma işlərinə başlanılır

Energetika Materials 25 İyul 2014 18:37 (UTC +04:00)
"SOCAR-AQŞ" MMC "Günəşli" yatağındakı 13 saylı stasionar dəniz özülündən 33 saylı quyuda qazma işlərinə başlayır.
"Günəşli" yatağında daha bir quyuda qazma işlərinə başlanılır

Azərbaycan, Bakı, 25 iyul /Trend/

"SOCAR-AQŞ" MMC "Günəşli" yatağındakı 13 saylı stasionar dəniz özülündən 33 saylı quyuda qazma işlərinə başlayır.

Şirkətdən Trend-ə verilən məlumata görə, 33 saylı quyunun Qırməki Altı Lay Dəstəsinə qazılması planlaşdırılıb və quyunun layihə dərinliyi 3500 metr təşkil edir. Lahiyələndirilən quyunun illik plana görə sınaq hasilatının 15 ton kondensat və 150 min kubmetr qaz həcmində olacağı gözlənilir.

Sifarişçi ARDNŞ-nin "Azneft" İstehsalat Birliyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti