Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Emil İsmayılov/
2014-cü ilin yanvar-iyul aylarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) öz neft emalı zavodlarından (NEZ) 844,3 min tona yaxın neft məhsulları ixrac edib. Bu rəqəm ötən ilin analoji dövründə 671 min tondan bir qədər çox olub. Bu barədə Trend ARDNŞ-yə istinadən məlumat verir.
İyulda ARDNŞ 280,7 min ton neft məhsulları ixrac edib. Bu rəqəm ötən ilin analoji dövründə 90,1 min ton olub.
2013-cü ildə ARDNŞ öz NEZ-lərindən 1,04 milyon tona yaxın neft məhsulları ixrac edib. Bu göstərici 2012-ci ildə 1,24 milyon ton olub.
İxrac olunan neft məhsullarının ümumi cədvəli:
Neft məhsullarının növləri |
2014-cü il, yanvar-iyul, tonla |
2013-cü il, yanvar-iyul, tonla |
Dizel yanacağı |
528 229 |
570 355 |
Avtomobil benzini |
686 |
13 220 |
Aviasiya yanacağı |
99 782 |
87 438 |
Vakuum qazoylu |
215 429 |
0 |
Kükürdlü mazut |
178 |
0 |
2013-cü ildə Azərbaycanda istehsal həcmləri benzinə olan tələbata bərabər olub, buna görə də neft məhsullarının bu növünün ixracı minimuma endirilib.